Türkiyə

İstanbulda su tükənir: Əhaliyə xəbərdarlıq edildi - FOTO

24 Oktyabr 2023 14:30
Baxış: 992
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin İstanbul şəhərində su bəndlərində doluluq səviyyəsi düşməyə davam edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bu barədə İstanbul Su və Kanalizasiya İdarəsi məlumat verib.

İdarə sentyabrda gözlənilən yağıntının az olmasından sonra şəhəri su ilə təmin edən bəndlərdə ortadoluluq nisbətini açıqlayıb.

Bildirilib ki, şəhərdə leysan yağışlara baxmayaraq, bəndlərin doluluq nisbəti azalıb.

Məlumata görə, 15 oktyabr tarixində 21,69 faiz dolu olan su bəndlərində 23 oktyabr tarixində bu rəqəm 20,6 faiz olaraq ölçülüb.

Səlahiyyətlilər vətəndaşları sudan qənaətlə istifadə etməyə çağırıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.