Türkiyə

Fatih Terimin doğum günündə maraqlı anlar - VİDEO - FOTO

6 Sentyabr 2023 12:57
Baxış: 2 120
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə millisinin və "Qalatasaray"ın sabiq baş məşqçisi Fatih Terim 70 yaşını qeyd edib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, doğum günündə maraqlı anlar yaşanıb. 

Məşqçi doğum gününün keçiriləcəyi restorana Çempionlar Liqasının himni ilə giriş edib. Daha sonra onun qızları Merve və Buse "Bana bir masal anlat baba" mahnısını oxuyub. 

F.Terimin doğum günündə Türkiyənin bir çox məşhur simaları yer alıb. Acun Ilıcalı, Kıvanc Tatlıtuğ, Beren Saat, Yılmaz Erdoğan kimi məşhurlar qonaqlar sırasında olub. 

Acun Ilıcalı instaqram hesabında doğum gününün fotolarını "Çempionlar Liqası kimi anlar" başlığı ilə paylaşıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.