Türkiyə

Türkiyənin ticarət nazirindən ABŞ ilə ticarət əlaqələri mexanizmi barədə - AÇIQLAMA

25 Avqust 2023 16:27
Baxış: 541
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əhəmiyyətli ticarət tərəfdaşlarımızdan biri olan ABŞ ilə iqtisadi və ticari əlaqələrimizi gücləndirmək üçün müntəzəm ticarət məsləhətləşmə mexanizmini həyata keçirəcəyik.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Türkiyənin ticarət naziri Ömər Bolat Hindistanda keçirilən G20 Ticarət və İnvestisiya nazirləri toplantısında ABŞ-nin ticarət nümayəndəsi Ketrin Tay ilə keçirdiyi görüş zamanı deyib.

"Əhəmiyyətli ticarət tərəfdaşlarımızdan biri olan ABŞ ilə iqtisadi və ticari əlaqələrimizi gücləndirmək üçün müntəzəm ticarət məsləhətləşmə mexanizmini həyata keçirəcəyik. ABŞ şirkətlərinin Türkiyədəki investisiyalarını artırmaq və Türkiyənin qlobal təchizat zəncirində daha güclü olması üçün birlikdə çalışacağıq",- deyə Bolat bildirib.

Avropa İttifaqı (Aİ) Komissiyasının vitse-prezidenti Valdis Dombrovskis ilə də görüşən Bolat qeyd edib ki, Gömrük ittifaqının yenilənməsi ilə bağlı danışıqlardan əvvəl Aİ-nin Türkiyə ilə ticarətində yeni dialoq dövrünü, gözləntiləri və əməkdaşlıq sahələrini müzakirə ediblər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.