Türkiyə

Sabah Azərbaycandakı Türkiyə vətəndaşlarının ikinci tur prezident seçkiləri üzrə səsverməsi başlayır

19 May 2023 16:58
Baxış: 744
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabah Azərbaycandakı Türkiyə vətəndaşlarının ikinci tur prezident seçkiləri üzrə səsverməsi başlayır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Türkiyədəki prezident seçkilərinin ikinci turu üçün Azərbaycanda səsvermə 20-22 may tarixlərində keçiriləcək.

Səsvermə prosesi Bakıdakı səfirlik, Gəncə və Naxçıvandakı Baş konsulluqların binalarında baş tutacaq. Seçkilərinin ikinci turu üçün səfirlikdə səsvermə prosesinin başlayacağı 20 may tarixində 4, mayın 21-də 4, mayın 22-də isə 1 qutu qurulacaq.

Xatırladaq ki, Türkiyədə mayın 14-də keçirilən prezident və parlament seçkilərində, ümumilikdə, 60 milyona yaxın insan iştirak edib.

Seçkilərdə Türkiyə prezidenti, Ədalət və İnkişaf Partiyasının (AK Parti) rəhbəri Rəcəb Tayyib Ərdoğan 49,50%, Cümhuriyyət Xalq Partiyası (CHP) namizədi Kamal Kılıçdaroğlu 44,89 %, Ata İttifaqı namizədi Sinan Oğan 5,17%, Memleket Partiyasının namizədi Muharrem İncə isə 0,44% səs toplayıblar.

Prezident seçkilərində heç bir namizəd 50 %-dən çox səs toplamadığı üçün seçilmək hüququ qazanmayıb və 28 may tarixində Türkiyədə prezident seçkilərinin ikinci turu keçiriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.