Türkiyə

Kerem Kınık istefa verib

12 May 2023 16:50
Baxış: 877
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə Qızıl Aypara Cəmiyyətinin sədri Kerem Kınık istefa verib.

TurkicWorld bunu Türkiyə KİV-lərinə istinadən xəbər verir.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə mediasında, Türkiyə Qızıl Aypara cəmiyyətinin rəhbəri Kerem Kınıkın ölkədə baş verən zəlzələlər zamanı çadırları vətəndaşlara satdığı xəbərləri yayımlanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və AK Parti Sədrinin birinci müavini Binəli Yıldırım Kerem Kınıkı istefa verməyə çağırıblar.

Xatırladaq ki, Türkiyə Qızıl Aypara Cəmiyyəti ilk dəfə 11 iyun 1868-ci ildə "Osmanlı Yaralı və Xəstə Əsgərlərə Yardım Dərnəyi" adı ilə qurulub. 1947-ci ildə "Türkiyə Qızıl Aypara Cəmiyyəti" adlandırılıb. Mustafa Kamal Atatürk tərəfindən təşkilata "QızılAy" adı verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.