Türkiyə

Türkiyədə DƏHŞƏT: uşağı qaçırıb suda boğdular

11 May 2023 10:29
Baxış: 2 106
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə qaçırılan uşaq öldürülüb.

Milli.Az lent.az-a bildirir ki, Mersinin Yenişehir rayonundakı Türksat küçəsində yaşayan suriyalı zərgər Halit Hayankedin oğlu 12 yaşlı Xaled Hayanked bağçada oynayarkən yoxa çıxıb. Daha sonra telefonla ailəyə zəng edən şəxs uşağın onların əlində olduğunu bildirib və 400 min avro pul tələb edib. Uşağın atası bu barədə polisə xəbər verib. Təhlükəsizlik kamerası görüntülərini araşdıran polis, uşağın hadisə yerini tərk etmədiyini müəyyən edib.

Polis oğlanın xalçaya bükülmüş meyitini 3 bloklu ərazinin A blokunun zirzəmisində aşkar edib. Suda boğularaq öldürülən uşaq torpağa tapşırılıb.

Hadisə yerində qapıçı olan 42 yaşlı H. C. saxlanılıb. Qətli törətdiyini etiraf edən şübhəli həbs edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.