Türkiyə

AK Partiyanın binasına silahlı hücum olub - FOTO

20 Aprel 2023 19:44
Baxış: 1 208
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Adananın Çukurova rayonunda hakim AK Partiyanın binasına silahlı hücum edilib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə AK Partiyanın sədr müavini Erkan Kandemir məlumat yayıb.

"Çukurova rayon binamıza silahlı hücumu qınayırıq" , - deyə o bildirib.

Silahlı hücumla bağlı Adana Respublika Prokurorluğu tərəfindən istintaq başladılıb.

Bu barədə Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ "Twitter" hesabında məlumat paylaşıb.

O, bu hücumu qınadığını bildirərək, onu törətməkdə şübhəli bilinən şəxsin saxlanıldığını da vurğulayıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.