Üç ay əvvəl boşanan Okan Karacan ilə keçmiş həyat yoldaşı Zeynep Kadıoğlu arasında qalmaqal bitmək bilmir.
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu dəfə Okan Karacanın keçmiş baldızı Zerrin Kadıoğlunun burnunu qırdığı iddia edilib.
İddiaya görə Okan ötən gün keçmiş arvadınön evinə gedib. Keçmiş qayınanası ilə dava edərkən baldızı Zerrinin burnunu qırıb.
Zeynep, anası və Zerrin polisə müraciət edib. Nəzarətə alınan yumor ustası həbs edilib. İlk məhkəmədən sonra isə o, sərbəst buraxılıb.
Okan Zeyneppula görə mübahisə etdiyini deyərək "Film çəkmişdik. Ödəmə almağımla bağlı zəng edib şirkətə çağırdılar. Sonra da beş nəfər mənə hücum etdi. Onları polisə şikayət etdim" sözlərini əlavə edib.
Milli.Az