Türkiyə

Yanındakı qızın kim olduğunu öyrənən Ərdoğan təəccübləndi: "Ciddisən?" - VİDEO

2 Fevral 2022 17:54
Baxış: 3 645
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Trabzonda gənclərlə görüşündə terrorçular tərəfindən şəhid edilən Eren Bülbülün xatirəsinə çəkilən filmlə bağlı sual verilib.

Milli.Az ölkə.az-a istinadla xəbər verir ki, filmi və aktyorluğu bəyəndiyini açıqlayan Ərdoğan daha sonra gənclərə üz tutub. Türkiyə Prezidenti bu zaman yanında əyləşən gənc qızdan "Eren Bülbül filminə baxdınızmı, necə idi?" deyə soruşub.

Prezident Ərdoğan gənc qızın "Kəsişmə: Yaxşı ki varsan Ərən" filminin musiqisini bəstələyən Ceren Ece Öksüz olduğunu söylədikdə heyrətini gizlədə bilməyib. Ərdoğan ondan "Ciddisən?"- deyə soruşub.

"Musiqini çox bəyəndim, sizi mükafatlandırmaq lazımdır"- Ərdoğan bildirib.

Türkiyə Prezidenti daha sonra Öksüzün canlı ifasını dinləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.