Türkiyə

Məşhur şou yayımdan qaldırıldı - FOTOlar

1 Fevral 2022 15:12
0 Şərh     Baxış: 1 489
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkyənin "Fox" telekanalında yayımlanan "Maske kimsin sen" adlı musiqi yarışması yayımdan qaldırılıb.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, veriliş 1 həftə sonra erkən final edəcək.

Qeyd edək ki, bir neçə gün əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası olan sənəd dərc edilib. Prezident müvafiq qurumlara bu tip proqramlarla bağlı konstitusiya və qanunlardan irəli gələn sanksiyaların tətbiq edilməsini tapşırıb.

Qeyd olunub ki, "milli-mənəvi dəyərlərin sarsılmaması, ailə, uşaq və gənclərin qorunması üçün" bu cür addımlar atılmalıdır.

Bundan əvvəl isə Türkiyədə radio və televiziya yayımını dəstəkləyən RTÜK də bəzi sosial media istifadəçilərinin layihə haqqında işlətdikləri bütpərəstlik və şeytanın təbliğ edilməsi iddialarını araşdırmağa başlamışdı.

Xatırladaq ki, proqramın münsif kürsüsündə Melis Sezen, Alican Yücesoy, Doğu Demirkol və Eda Ece əyləşir. Verilişin aparıcılığı isə Tansel Öngelə həvalə olunub.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.