İdman

Azərbaycan Şahmat Federasiyasının prezidenti dəyişdi - FOTO

26 Noyabr 2021 12:30
0 Şərh     Baxış: 1 535
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan Şahmat Federasiyasında (AŞF) hesabat-seçki konfransı keçirilib.

Milli.Az bildirir ki, konfrans Gənclər və İdman Nazirliyinin inzibati binasında baş tutub.

Mahir Məmmədov federasiya prezidenti seçilib. O, Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmovu əvəzləyib.

E. Rüstəmov toplantıda iştirak etməyib. M.Məmmədov daha əvvəl AŞF-nin vitse-prezidenti olub. O, həm də Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidentidir.

Qeyd edək ki, Elman Rüstəmov 2007-ci ildən Azərbaycan Şahmat Federasiyasına rəhbərlik edib.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.