İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Ule Qunnar Sulşerlə yollarını ayırıb.
Milli.Az Trend-ə istinadən bildirir ki, norveçli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Onun gedişindən sonra komandaya müvəqqəti olaraq məşqçi Maykl Kerrik rəhbərlik edəcək.
Qeyd edək ki, Ule Qunnar Sulşer 2018-ci ilin dekabrında "Mançester Yunayted"in sükanı arxasına keçmişdi.
Milli.Az