"Mançester Yunayted" Sulşer ilə yollarını ayırıb

21 Noyabr 2021 21:31

İngiltərənin "Mançester Yunayted" klubu baş məşqçisi Ule Qunnar Sulşerlə yollarını ayırıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, norveçli mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Onun gedişindən sonra komandaya müvəqqəti olaraq məşqçi Maykl Kerrik rəhbərlik edəcək.

Qeyd edək ki, Ule Qunnar Sulşer 2018-ci ilin dekabrında "Mançester Yunayted"in sükanı arxasına keçmişdi.

Milli.Az