İdman

Mourinyonun komandası ilk dəfə 6 qol buraxıb

22 Oktyabr 2021 08:36
0 Şərh     Baxış: 1 249
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyalı mütəxəssis Joze Mourinyonun baş məşqçisi olduğu komanda karyerası ərzində ilk dəfə 6 qol buraxıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Opta Sports"un "Twitter" hesabında deyilir.

Bildirilir ki, UEFA Konfrans Liqasının qrup mərhələsinin üçüncü turu çərçivəsində J.Mourinyonun baş məşqçisi olduğu İtaliyanın "Roma" klubu səfərdə Norveçin "Bude-Qlimt" klubuna 1:6 hesabı ilə məğlub olub.

Bundan əvvəl 2010-cu ildə J.Mourinyonun baş məqçisi olduğu "Real" "Barselona" ilə oyunda 5 top buraxıb.

Qeyd edək ki, Joze Mourinyo 2021-ci ildə "Roma"nın baş məşqçisi təyin edilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.