İdman

Ronaldoya 288 min avro “atdılar” - SƏBƏB

20 Sentyabr 2021 19:36
0 Şərh     Baxış: 3 229
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted"in hücumçusu Kriştiano Ronaldonun fırıldaqçının qurbanı olduğu üzə çıxıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, portuqaliyalı ulduz 3 il ərzində 288 min avro ziyana düşüb.

Tur agenti kimi çalışan 53 yaşlı qadın Ronaldodan etmədiyi 200 səyahətin pulunu alıb. Futbolçu ona bank kartları və digər sənədlərin göstəricilərini verib.

Fırıldaqçı da bundan yararlanıb. Həmin qadının digər futbolçuları, o cümlədən Nani, Manuel Fernandeş və agent Jorje Mendeşi də aldatdığı ehtimal olunur.

Cinayətlərin üstü 2017-ci ildə açılsa da, mətbuata sızmayıb. Həmin vaxtdan həbsdə olan fırıldaqçı oğurladığı vəsaiti hissə-hissə qaytarır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.