"Qarabağ" "Bazel"lə heç-heçə etdi - YENİLƏNİB
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
22:41
Bu gün "Qarabağ" növbəti avrokubok oyununu keçirib.
Milli.Az apasport.az-a istinadən bildirir ki, Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının qrupunda ilk maçına çıxıb.
Ardıcıl 8-ci dəfə avrokubokların qrupunda oynayan Qurban Qurbanovun yetirmələri mübarizəyə evdə start verib. Təmsilçimiz İsveçrə "Bazel"i ilə üz-üzə gəlib. Matç Bakı Olimpiya Stadionunda təşkil olunub.
Konfrans Liqasında məğlubiyyət nə olduğunu bilməyən "Qarabağ" doğma azarkeşləri önündə uğurlu seriyanı davam etdirib. Lakin oyunboyu üstün çıxışa və kifayət qədər qol şansına baxmayaraq, rəqibin müqavimətini qırmaq mümkün olmayıb. Nəticədə qarşılaşma 0:0 hesabı ilə başa çatıb və "Qarabağ" qrupa 1 xalla başlayıb.
Qrupun digər görüşündə "Kayrat"la "Omoniya" birincilərin meydanında qolsuz bərabərə qalıb.
Qeyd edək ki, "Qarabağ" növbəti oyununu sentyabrın 30-da Kiprdə "Omoniya"ya qarşı keçirəcək.
Konfrans Liqası
H qrupu, I tur
16 sentyabr
20:45. "Qarabağ" (Azərbaycan) - "Bazel" (İsveçrə) - 0:0
Baş hakim: Erik Lambrexts (Belçika)
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Borqes, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
"Bazel": 1. Hayns Lindner, 4. Eray Cömert, 7. Paytim Kasami, 10. Artur Kabral, 14. Valentin Ştoker (k), 19. Darlan Males, 21. Endi Pelmard, 22. Serxio Lopez Qalaçe, 23. Vuter Burger, 27. Dan Ndoye, 28. Raul Petretta
Ehtiyat oyunçular: 13. Corce Nikoliç, 46. Feliks Gebhardt, 5. Mikael Lanq, 17. Liam Millar, 24. Tikian Tuşi, 29. Adrian Durrer, 30. Tomaş Tavares, 34. Taulan Caka, 35. Matias Palasios, 40. Liam Kipperfild, 96. Mendes Manqo Fernandes
Baş məşqçi: Patrik Rahmen
Bakı Olimpiya Stadionu
22:06
Konfrans Liqası
H qrupu, 1-ci tur
20:45. "Qarabağ" (Azərbaycan) - "Bazel" (İsveçrə) - 0:0 (İkinci hissə)
Baş hakim: Erik Lambrexts (Belçika)
Bakı Olimpiya Stadionu
18:30. "Kayrat" (Qazaxıstan) - "Omoniya" (Kipr) - 0:0
21:00
Konfrans Liqası
H qrupu, I tur
16 sentyabr
20:45. "Qarabağ" (Azərbaycan) - "Bazel" (İsveçrə) - 0:0
Baş hakim: Erik Lambrexts (Belçika)
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6. Patrik Andrade, 10. Abdullah Zubir, 11. Xayme Romero, 20. Kadi Borqes, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina
Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 17. Qaspar Panadero, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev
Baş məşqçi: Qurban Qurbanov
"Bazel": 1. Hayns Lindner, 4. Eray Komert, 7. Paytim Kasami, 10. Artur Kabral, 14. Valentin Ştoker (k), 19. Darlan Males, 21. Endi Pelmard, 22. Serxio Lopez Qalaçe, 23. Vuter Burger, 27. Dan Ndoye, 28. Raul Petretta
Ehtiyat oyunçular: 13. Corce Nikoliç, 46. Feliks Gebhardt, 5. Mikael Lanq, 17. Liam Millar, 24. Tikian Tuşi, 29. Adrian Durrer, 30. Tomaş Tavares, 34. Taulan Caka, 35. Matias Palasios, 40. Liam Kipperfild, 96. Mendes Manqo Fernandes
Baş məşqçi: Patrik Rahmen
Bakı Olimpiya Stadionu
08:16
Bu gün "Qarabağ" növbəti avrokubok oyununu keçirəcək.
Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının qrupunda ilk maçına çıxacaq.
Ardıcıl 8-ci dəfə avrokubokların qrupunda oynayan Qurban Qurbanovun yetirmələri mübarizəyə evdə start verəcək. Təmsilçimiz İsveçrə "Bazel"i ilə üz-üzə gələcək.
Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanı belçikalı FIFA referisi Erik Lambrexts idarə edəcək.
Ağdam təmsilçisinin heyətində zədəli müdafiəçilər Bədavi Hüseynov, Elçin Cəfərquliyev və zədəsini yeni sağaldan Rahil Məmmədov oynamayacaq.
Qonaqlarda isə qapıçı Feliks Gebhardt, müdafiəçilər Andrea Padula, Eray Cömert, Nasser Jiqa, yarımmüdafiəçilər Jordi Kintilya, Edon Jeqrova və hücumçu Sebastyano Espozito eyni səbəbdən meydana çıxmayacaq.
Oyun "Qarabağ"ın vitse-kapitanı Qara Qarayev üçün əlamətdar olacaq. Azərbaycan millisinin üzvü avrokuboklarda 100-cü qarşılaşmasına çıxacaq.
Konfrans Liqasında məğlubiyyət nə olduğunu bilməyən "Qarabağ" doğma azarkeşləri önünə 3 xal üçün çıxacaq.
Görüş Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.
Bu qrupun digər görüşündə "Kayrat" Qazaxıstanda Kipr "Omoniya"sı ilə üz-üzə gələcək.
Konfrans Liqası
H qrupu, I tur
16 sentyabr
20:45. "Qarabağ" (Azərbaycan) - "Bazel" (İsveçrə)
Baş hakim: Erik Lambrexts (Belçika)
Bakı Olimpiya Stadionu
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi
-
"Araz-Naxçıvan" Cavid Hüseynovu istefaya göndərdi
-
“Dünənə kimi Tacirlə yola getməyənlər indi ona sənətkar deyir" - (Video)
-
Bu həftə həyatınızda gözlənilməz hadisələr baş verə bilər - Sevgi, pul, karyera
-
Lənkəranda 3 gün əvvəl döyülərək xəsarət alan yeniyetmə xəstəxanada öldü
-
Bu qoç 1 milyon dollara satıldı
-
"Ali Rza" bəy aktrisanın dəfnində ağladı - (Video)
-
Azərbaycanda bu institut ləğv edildi - Qərar
-
İçərişəhər sakinləri üçün yeni İcma Mərkəzi fəaliyyətə başlayıb - (Foto)
-
Bakıda "Formula 1" bahalaşması: günlük evlər 600 manat olacaq
-
Bakıda iki bağça fəaliyyətə başladı
-
Azərbaycan Qran-Prisinin rəsmi yarış cədvəli açıqlandı
-
Bu universitetlərdə dərslər onlayn keçiriləcək
-
Britaniyada hava nəqliyyatında yeni problem - Reyslər ləğv edilir
-
Monitor qadının üzərinə belə aşıb - Anbaan görüntülər
-
Tramp Pezeşkianla görüşə bilər - ABŞ Prezidenti açıqladı
-
1840,3 ha ərazi minalardan təmizlənib
-
"Barselona"da ciddi itki
-
Rus ordusu daha iki kəndi işğal etdi
-
Deputat səhiyyə nazirini tənqid etdi - Nazirlikdən cavab
-
Bu istiqamət üzrə əlavə qatar reysləri həyata keçiriləcək
-
17 milyondan 12 milyona düşdü - Bakıda dəbdəbəli malikanə satışda
-
Azərbaycanlı hakim dünya çempionatında
-
Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi





