İdman

Ronaldu "Mançester Yunayted"ə qayıdışını dublla qeyd edib

11 Sentyabr 2021 21:53
0 Şərh     Baxış: 741

"Mançester Yunayted"in futbolçusu Kriştiano Ronaldo kluba qayıdışından sonra ilk oyununa çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki,  o, İngiltərə Premyer Liqasının 4-cü turunda "Nyukasl"la ev matçında  90 dəqiqə meydanda olub. Portuqaliyalı hücumçu 4:1 hesabı ilə qalib gəldikləri qarşılaşmada het-trik edib.

"Mançester Yunayted" - "Nyukasl" - 4:1
Qollar: Ronaldo,Ə 45+2 (1:0),Manquilo, 56 (1:1), Ronaldo, 62 (2:1), Fernandeş, 80 (3:1), Linqard, 90+2 (4:1)

Bu qələbə ilə xalını 10-a yüksəldən "qırmızı şeytanlar" turnir cədvəlinin 1-ci pilləsində qərarlaşıb. "Mançester Siti" 9 xalla 2-ci, "Brayton" eyni xalla 3-cüdür.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.