İdman

Cüdo üzrə milli komandamız birinci MDB Oyunlarında gümüş medal qazandı

10 Sentyabr 2021 20:08
0 Şərh     Baxış: 1 548
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanın cüdo üzrə milli komandası Kazanda keçirilən birinci MDB Oyunlarında gümüş medal qazanıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, komanda yarışlarında çıxış edən millimiz dörddəbir finalda Qırğızıstana 5:1, növbəti mərhələdə Qazaxıstana 5:3 hesabı ilə qalib gələrək həlledici mərhələyə adlayıb. Qızıl medal uğrunda görüşdə yığmamız Özbəkistan seçməsinə 3:5 hesabı ilə udazaraq yarışı ikinci pillədə başa vurub.

Qeyd edək ki, birinci MDB Oyunlarına sentyabrın 11-də yekun vurulacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.