İdman

Tokio-2020: Saley özünün 3-cü, Azərbaycan millisinin 12-ci qızıl medalını qazanıb - VİDEO

3 Sentyabr 2021 14:01
1 Şərh     Baxış: 1 507
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Azərbaycan millisi Tokio-2020 Yay Paralimpiya Oyunlarında növbəti medalını qazanıb.

Milli.Az bildirir ki, Roman Saley üzgüçülük yarışlarında özünün üçüncü mükafatını əldə edib.

Milliləşən legioner 100 m məsafəyə batterflyay üsulu ilə üzməkdə fərqlənib. O, 57,81 saniyə göstərici ilə birinci yeri tutub. Bunadək brass və sərbəst üsulla 100 m üzməkdə çempion adını qazanan Saley aktivinə 3-cü qızıl medalı yazdırıb.

Bununla da Azərbaycan millisinin Tokio-2020-dəki medal sayı 17-yə çatıb. Bunlardan 12-i qızıl, 1-i gümüş, 4-ü bürüncdür.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.