"Mançester Siti" "Yuventus"un futbolçusu Kriştiano Ronaldonu heyətinə qatmaqda israrlıdır.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "Sky Sport" məlumat yayıb. Klub 36 yaşlı hücumçunu azad agent kimi transfer etməyi düşünür. Lakin Turin təmsilçisi Ronaldonun keçidi üçün ən az 25 milyon avro istəyir.
Həmçinin xəbərdə o da qeyd edilib ki, portuqaliyalı oyunçunun meneceri Xorxe Mendeş onun transferini müzakirə etmək üçün Turinə yollanıb.
Qeyd edək ki, Kriştiano Ronaldunun "Yuventus"la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Milli.Az