İdman

"Bu, fərqli Ronaldodur"

28 Avqust 2021 19:21
0 Şərh     Baxış: 966
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted"in keçmiş müdafiəçisi Qari Nevill hücumçu Kriştiano Ronaldonun İngiltərə klubuna qayıdışı ilə bağlı fikirlərini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, bununla bağlı deyib:

"Fantastik xəbərdir. Bu nostaljidir, amma futbolda həmişə işləmir. Ancaq Ronaldonun "Mançester Siti"yə keçə biləcəyi düşüncəsi "Mançester Yunayted" azarkeşləri üçün işgəncə idi. Ronaldo Premyer Liqada özünü yaxşı göstərmək, kuboklar və şəxsi mükafatlar qazanmaq üçün gələcək. Ancaq bu, fərqli Ronaldodur, hamı bunu anlamalıdır".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.