İdman

"Real”ın dünyada ən bahalı futbolçu üçün təklif etdiyi MƏBLƏĞ AÇIQLANDI

23 Avqust 2021 10:24
0 Şərh     Baxış: 2 033
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın rəhbərliyi hücumçu Kilian Mbappeni almaq üçün PSJ-yə son təklif vermək istədiyini bildirib.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, madridlilər futbolçunun transferi üçün 130-170 milyon avro ödəməyə hazırdırlar. Bu məbləğ son iki mövsümdə uğurlu transfer kampaniyasından sonra əldə olunub. 

İspanlar təkliflərini avqustun 30-da, oyunçu transfer pəncərəsinin bağlanmasına bir gün qalmış göndərəcəklər.

Qeyd olunur ki, Mbappe nin özü komandadan ayrılmaq istəyindədir.

Lionel Messi ilə müqavilə imzaladıqdan sonra mütləq klubda qalacağını söylədiyi PSJ prezidenti Nasser Al-Helaifinin ifadəsi hücumçunun xoşuna gəlməyib.

Mbappe Transfermarkt.de portalının versiyası üzrə dünyanın ən bahalı futbolçusudur. Fransa millisinin dəyəri 160 milyon avro qiymətləndirilir. 

O, 2022-ci ilin yayında azad agent kimi qalacaq. 

Fransa klubunun idman direktoru Leonardo avtustun 18-də Mbappenin mütləq komandada qalacağını söyləyib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.