İdman

Namik Ələskərov baş məşqçisiz qaldı

16 Avqust 2021 21:25
0 Şərh     Baxış: 965
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin "Bursaspor" klubunda baş məşqçi Mustafa Er istefaya göndərilib.

Milli.Az matc.az-a istinadən bildirir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Xəbərdə, Mustafa ilə yolların ayrıldığı bildirilib. Bursa təmsilçisi 41 yaşlı mütəxəssisə xidmətlərinə görə təşəkkür edib və gələcək karyerasında uğurlar arzu edib.
 
"Bursaspor" Türkiyə 1-ci liqasında yeni mövsümün ilk turunda "Adanaspor"la heç-heçə edib - 1:1.
 
"Bursaspor" bir neçə gün əvvəl azərbaycanlı futbolçu Namik Ələskərovla müqavilə imzalayıb. Bu komandada Azərbaycan millisinin sabiq müdafiəçisi Ufuk Budak da çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.