İdman

Berti Foqts "Neftçi"nin 10 futbolçusunu bəyəndi

30 Aprel 2010 20:14
Baxış: 256
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Martın 25-26-da Olimpiya Yığmalarının Təlim-Məşq Mərkəzində 1998-1999-cu və 1996-1997-ci il təvəllüdlü uşaqlar üçün AFFA tərəfindən keçirilən seleksiya prosesində "Neftçi"nin futbolçuları da iştirak ediblər.

Milli.Az-ın "Nefçi"nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsun da qatıldığı prosesdə flaqmanın 10 oyunçusu bəyənilib. Bunlar "Neftçi"nin müxtəlif yaş qruplarından ibarət komandalarının üzvləri Emin Mahmudov, Oqtay Gözəlov, Əli Şirinov, Ülvi Məlikov, Rövlan Muradov, Covanni Abdullayev, Ramiz Hüseynli, Ramiz Quliyev, Kamran Nəcəfzadə və Aydın Bayramovdur. Artıq adıçəkilən futbolçularımız aşağı yaş qruplarından ibarət yığmalara çağırılıblar.

Milli.Az
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.