İdman

"Qarabağ" yeni futbolçu transfer etdi

16 İyul 2021 18:54
0 Şərh     Baxış: 950
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirib.

Milli.Az klubun feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi monteneqrolu müdafiəçi Marko Veşoviçi transfer edib.

"Köhlən atlar" 30 yaşlı oyunçunun keçidini video ilə açıqlayıb. Təcrübəli oyunçu ilə imzalanmış müqavilənin detalları hələlik bəlli deyil.

Qeyd edək ki, Monteneqro millisinin formasını geyinən Marko Veşoviç ölkəsinin "Buduçnost", Serbiyanın "Srvena Zvezda", İtaliyanın "Torino", Xorvatiyanın "Riyeka" komandalarında çıxış edib. Onun son klubu isə Polşa "Legiya"sı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.