İdman

AVRO-2020: 1/4 finalın rəmzi heyəti açıqlandı

5 İyul 2021 18:06
0 Şərh     Baxış: 1 187
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa çempionatının 1/4 final mərhələsi üzrə rəmzi "11-lik" bəlli olub.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, siyahıda İngiltərənin 4 futbolçusu yer alıb: Harri Maquayr, Lük Şou, Ceydon Sanço və Harri Keyn.

Bundan əlavə, rəmzi heyətdə İsveçrə və Danimarkadan iki, İtaliya, Çexiya və Belçikadan isə bir oyunçu var.

Qapıçı: Yann Zommer (İsveçrə)

Müdafiəçilər: Vladimir Tsoufal (Çexiya), Tomas Vermalen (Belçika), Harri Maquayr, Lük Şou (hər ikisi İngiltərə)

Yarımmüdafiəçilər: Ceydon Sanço (İngiltərə), Tomas Dileyni (Danimarka), Cerdan Şakiri (İsveçrə), Lorentso İnsinye (İtaliya)

Hücumçular: Harri Keyn (İngiltərə), Kasper Dolberq (Danimarka)

Qeyd edək ki, AVRO-2020-nin yarımfinal mərhələsində İtaliya millisi sabah İspaniya ilə, İngiltərə yığması isə iyulun 7-si Danimarka ilə üz-üzə gələcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.