İdman

Azərbaycan güləşçisi Kənan Heybətov erməni rəqibini məğlub edərək Avropa çempionu olub

30 İyun 2021 22:04
0 Şərh     Baxış: 1 123
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Dortmund şəhərində gənc güləşçilərin Avropa çempionatı davam edir.

Milli.Az xəbər verir ki, çempionatda 61 kiloqram çəki dərəcəsində çıxış edən sərbəst güləşçimiz Kənan Heybətov ilk görüşdə ukraynalı idmançını minimal hesabla üstələyib. Fransa təmsilçisi üzərində də inamlı qələbə qazanan həmyerlimiz adını yarımfinala yazdırıb. Gürcüstan pəhləvanına da gücünü göstərən K.Heybətov finala vəsiqə qazanıb.

İyunun 30-da keçirilən həlledici və prinsipial görüşdə Ermənistan idmançısıyla qarşılaşan K.Heybətov əsl əzmkarlıq nümayiş etdirərək qələbə qazanıb və Avropa çempionu olub.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) da Avropa çempionatında qızıl medal qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.