"Benfika" heytini yeni futbolçu ilə gücləndirib.
Milli.Az Qol.az-a istinadən xəbər verir ki, Portuqaliya klubu "Monako"dan Jil Diaşı transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına qədər müqavilə imzalanıb.
Qeyd edək ki, 2015-ci ildən "Monako"da çıxış edən portuqaliyalı oyunçu ötən mövsümü icarə əsasında "Famalikan"da keçirib.
Milli.Az