İdman

Şahmatçılarımız turnirdə məğlubiyyətsiz irəliləyir

13 İyun 2021 21:11
Baxış: 694
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İyunun 13-də Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun da qatıldıqları "Grand Chess Tour" şahmat seriyasının birinci mərhələsinin səkkizinci turunun oyunları keçirilib.

Rumıniyada keçirilən turnirin növbəti turunda Ş.Məmmədyarov niderlandlı Aniş Giri, Teymur Rəcəbov isə yerli idmançı Konstantin Lupulesku ilə mübarizə aparıb. Şahmatçılarımızın qarşılaşmaları heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, şahmatçılarımız turnirdə məğlubiyyətsiz irəliləyirlər. Ş.Məmmədyarov 8 oyundan 3-nü qələbə ilə başa vurub. T.Rəcəbov isə bütün qarşılaşmalarında heç-heçə edib. Şəhriyar 5,5 xalla turnir cədvəlində liderliyini davam etdirir.

Seriya ümumilikdə beş mərhələdən və böyük finaldan ibarət olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.