İdman

Boksçumuz finalda erməni ilə qarşılaşacaq

20 Aprel 2021 11:44
Baxış: 884
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Polşanın Keltse şəhərində gənc boksçular arasında dünya birinciliyində 1/4 final mərhələsinin görüşləri keçirilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü Nicat Hüseynov yarışın yarımfinalına vəsiqə qazanıb.
 
49 kq çəki dərəcəsində mübarizə aparan boksçumuz 1/2 finala gedən yolda macarıstanlı Levent Eqedusu mundialdan kənarlaşdırıb. Hüseynov rəqibinə 5:0 (30:25, 30:25, 29:27, 30:26, 30:24) hesabı ilə qalib gəlib. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.
 
Boksçumuz finala vəsiqə üçün rusiyalı Robert Bədəlyanla qarşılaşacaq.
 
Hüseynovdan fərqli, millimizin digər boksçuları Əli Zamanov (52 kq), Əzrək Bəbirov (56 kq) və Murad Allahverdiyev (81 kq) birinciliyi 5-ci yerdə bitiriblər. Onlar 1/4 finalda müvafiq olaraq, Yevgeni Jorov, Aleksey Şendrik (hər ikisi Rusiya) və Denis Şalabaya (Ukrayna) uduzublar.
 
Qeyd edək ki, yarımfinal döyüşləri aprelin 20-də, final qarşılaşmaları isə ayın 23-də olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.