İdman

AVRO-2020-nin ev sahibliyi Bakıdan alına bilər

2 Aprel 2021 19:03
Baxış: 1 126
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AVRO-2020 Bakıdan alına bilər.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə məlumatı Almaniyanın "Sportschau" nəşri yayıb.

Bildirilib ki, qitə birinciliyinin ev sahibliyi 12 şəhərə verilməsinə baxmayaraq, koronavirus pandemiyasının kəskin yayılması səbəbindən 5-i proqramdan çıxarıla bilər. Həmin şəhərlər Bakı, Bilbao, Dublin, Qlazqo və Münhendir. UEFA yekun qərarını azarkeşlərlə bağlı təşkilatçılardan təminat aldıqdan sonra aprelin əvvəllərində verəcək.

Qeyd edək ki, 11 iyun - 11 iyul tarixlərində baş tutacaq AVRO-2020-nin 4 matçı Bakıya verilib. Proqrama əsasən, qrup mərhələsinin 3, 1/4 finalın isə bir oyunu Bakı Olimpiya Stadionunda keçirilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.