İdman

Serb nazirin Bakı səfəri etirazla nəticələndi

29 Mart 2021 17:39
Baxış: 1 049
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

DÇ-2022-nin seçmə mərhələsində keçiriləcək oyun üçün Bakıya səfər edən Serbiya yığmasını sözügedən ölkənin zəif inkişaf etmiş bələdiyyələrə məsul portfeli olmayan naziri Novitsa Tonçev də müşayiət edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşımında məlumat verib.

Milli üzvləri ilə fotosunu paylaşan Tonçevin yığmaya azarkeşlik üçün səfərə getməsi ölkəsində etirazlarla qarşılanıb. Adı müxtəlif rüşvət qalmaqallarında hallanan siyasətçi ölkə vətəndaşları tərəfindən kifayət qədər tənqid mesajları alıb.

Onun öz sahəsinə aid işləri görməyərək Bakıya səfər etməsi də Serbiya mətbuatında müzakirə mövzusu olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.