İdman

Emre Belezoğlu “Fənərbaxça”nın baş məşqçisi oldu

25 Mart 2021 20:59
Baxış: 1 398
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Baş məşqçi Erol Bulut ilə yollarını ayıran Türkiyənin "Fənərbaxça" klubu onun yerinə Emre Belezoğlunu gətirdiyini açıqlayıb.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasında məlumat verilib. Emre Belezoğlunun sezon sonuna qədər baş məşqçi vəzifəsini icra edəcəyi bildirilir.

"2020-21 mövsümü etibarilə Futbol Komandamızın baş məşqçisi olan cənab Erol Bulut, bu gündən etibarən qarşılıqlı razılaşma ilə klubumuzdan ayrıldı.

Fənərbaxçamızda göstərdiyi xidmətlərə görə Erol Buluta təşəkkür edirik, karyerasının qalan hissəsində uğurlar arzulayırıq. Mövsümün geri qalan həftələrində idarə heyətimizin qərarı ilə idman direktorumuz Emre Belezoğlu futbol komandamızın baş məşqçisi vəzifəsini icra edəcək.

Emre Belezoğlunun rəhbərliyi altında Super Liqada mübarizəsinə davam edəcək komandamıza uğurlar diləyirik",-deyə açıqlamada qeyd olunub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.