İdman

Azərbaycanlı futbolçunun Rusiyada yeni klubu

4 Mart 2021 09:50
Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən ilin dekabrında "Ufa"dan ayrılan azərbaycanlı futbolçu Azər Əliyevin yeni komandası müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Premyer Liqanın digər təmsilçisi "Tambov"a keçib.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun müqavilə müddəti və digər detallar açıqlanmayıb.
 
Azərin yeni komandasındakı debütü də uğurlu alınıb. O, Premyer Liqanın 20-ci turunda "Rotor"la keçirilən matçın (1:3) 18-ci dəqiqəsində meydana daxil olub və 41-ci dəqiqədə komandasının yeganə qolunun məhsuldar ötürməsini edib.
 
Qeyd edək ki, "Tambov"  20 oyuna cəmi 13 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.