İdman

“Formula-1” 386 milyon dollar ziyana düşüb

27 Fevral 2021 14:12
Baxış: 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Formula-1" 2020-ci ilin maliyyə hesabatını açıqlayıb.

Milli.Az APA-ya istinadən bildirir ki, koronavirus pandemiyasının tüğyan etdiyi il yarışa böyük ziyan vurub.

"Formula-1" il ərzində 386 milyon dollar zərər çəkib. Gəlirlər 44 faiz azalıb.

2019-cu ildə gəlirləri 2 milyard təşkil edən yarış ötən il 1,1 milyardla kifayətlənib. Komandaların mükafat fondu 1 milyarddan 711 milyona enib.

"Formula-1"in ziyana düşməsinin səbəbi koronavirus səbəbindən bəzi mərhələlərin keçirilməməsi və tamaşaçıların yarışa buraxılmamasıdır. Əvəzində teleyayımdan gələn gəlir 2 qat artsa da, ziyanı tam bağlaya bilməyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.