İdman

Qvardioladan Gündoğan şərhi

14 Fevral 2021 15:41
Baxış: 970
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Xosep Qvardiola futbolçuları İlkay Gündoğan barədə fikirlərini bölüşüb.

Almaniya millisinin türk əsilli futbolçusu dünən Premyer Liqada "Tottenhem"lə matçda (3:0) dubl edib. Beləliklə, o, hazırkı mövsümdə çempionatda 18 oyuna 11 qol vurmuş olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Qvardiola  İlkayın oyun səviyyəsindən razı olduğu deyib. O, əvvəlcə 69-cu dəqiqədə zədələnərək meydanı tərk İlkay haqda bildirib: "Sabah bilinəcək. Mənə yaxşı olduğunu söylədi.

Bu gün penalti qazanmaq və 2 qol vurmaq əla göstəricidir. Performansından çox razıyam. Yanvar ayının ən yaxşı oyunçusu oldu. Uğurlu oyunlarını davam etdirir. Fevralda yenidən bu ada layiq görülə bilər".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.