İdman

"Mançester Siti"dən "Leyptsiq"ə

13 Fevral 2021 15:57
Baxış: 687
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti" futbolçusu Angelinyonu satıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 24 yaşlı müdafiəçi iki mövsümdür icarə əsasında çıxış etdiyi "Leyptsiq"ə birdəfəlik keçib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. İspaniyalı oyunçu ilə 2025-ci ilin yayınadək müqavilə imzalanıb.

Almaniya təmsilçisi bu transferə görə "şəhərlilər"ə 18 milyon avro ödəyib.

Qeyd edək ki, Angelinyo "Leyptsiq"də keçirdiyi 3 mövsüm ərzində 32 oyuna çıxaraq, 5 qol vurub və 6 qolun ötürməsini verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.