İdman

""Qarabağ"ın bu qədər güclü olduğunu düşünmürdüm" - Jezniçak

11 Fevral 2021 13:51
Baxış: 808
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qarabağ"ın sabiq futbolçusu, hazırda ölkəsi Polşanın  "Visla" (Plotsk) klubunda oynayan Yakub Jezniçak Ağdam klubunun bu mövsüm Avropa Liqasının pley-off mərhələsində "Legiya"ya qalib gəldiyi oyunu (3:0) xatırladıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, "weszlo.com" saytına müsahibəsində bununla bağlı deyib:

"Matçın gedişatına təəccübləndim. Daha bərabər səviyyəli oyun  gözləyirdim. Açığı, qrupdakı nəticələrinə baxanda "Qarabağ"ın bu qədər güclü olduğunu düşünmürdüm. Amma hər şeyi olduğu kimi etiraf etmək lazımdır".

Qeyd edək ki, "Qarabağ" səfərdə "Legiya"nı məğlub edərək Avroliqanın qrup mərhələsinə yüksəlmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.