Kataloniyanın Səhiyyə Departamenti "Barselona"ya müraciət edib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, müraciətdə "Nou Kamp" stadionunun koronavirusa qarşı kütləvi peyvədlənmə üçün müvəqqəti mərkəz olaraq ayrılması xahiş edilib.
"Bizim "Barselona" ilə ilkin danışıqlarımız olub. Departamentimizi "Nou Kamp" kimi məşhur yerlər maraqlandırır" - deyə qurumun katibi Mariya Arqimon bildirib.
Qeyd edək ki, bununla bağlı qərarı martın 7-də seçiləcək "Barselona"nı yeni prezidenti verəcək.
Milli.Az