İdman

“Barselona”da daha bir itki - PSJ ilə oyuna yetişəcəkmi?

8 Fevral 2021 13:08
Baxış: 804
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniya La Liqasının XXII turunda "Betis" üzərində qələbə qazanan "Barselona" daha bir futbolçusunu itirib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 12-ci dəqiqədə Ronald Arauxo zədələnərək əvəzlənib.

İlkin tibbi müayinədən sonra 22 yaşlı mərkəz müdafiəçisinin ağır zədədən qaçdığı müəyyən olub. Sol topuğundan xəsarət alan uruqvaylı oyunçunun Çempionlar Liqasının 1/8 final mərhələsində fevralın 16-da Fransa klubu PSJ ilə ilk görüşə hazır olması gözlənilir. Ancaq son qərar bu gün keçiriləcək MRT müayinəsindən sonra veriləcək.

Qeyd edək ki, "Barselona"da Jerar Pike, Filip Koutinyo və Ansu Fati hazırda zədədən əziyyət çəkir.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.