Güləşçilərimiz 5 medal qazandılar
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Fransanın Nitsa şəhərində güləş üzrə Henri Deqlan Qran-Pri turniri davam edir.
Milli.Az Trend-ə istinadən bildirir ki, yavarın 16-da sərbəst güləşçilər mübarizə aparıblar.
Mübarizəyə 1/4 finaldan qoşulan güləşçimiz İslam Bazarqanov (57 kq) Rumıniya təmsilçidini ilk hissədə üstələyərək yarımfinala vəsiqə qazanıb. Pəhləvanımız Amerikalı güləşçi ilə gərgin keçən mübarizədə də güclü tərəf olaraq finala adlayıb. İ Bazarqanov finalda digər amerikalı rəqibinə məğlub olaraq gümüş medalla kifayətlənib.
Millimizin üzvü Turan Bayramov (65 kq) ilk görüşdə yerli idmançıya heç bir şans tanımayıb. Dörddəbir finalda Moldova güləşçisi ilə gərgin idman mübarizəsi şəraitində keçən qarşılaşmada sonuncu xal prinsipinə əsasən gənc pəhləvanımız adını yarımfinala yazdırıb. Finalın bir addımlığında amerikalı dünya ikincisinə uduzan həmyerlimiz fransalı güləşçiyə növbəti dəfə qalib gələrək turniri üçüncü pillədə başa vurub.
Hacımurad Hacıyev (74 kq) ilk mərhələdə İsveçrəli rəqibi üzərində inamlı qələbə qazanıb. Daha sonra H.Hacıyev Moldova güləşçisini çox qısa vaxtda xalçadan məyus yola salaraq yarımfinala yüksəlib. Amerikalı rəqibinə uduzan təmsilçimiz daha sonra alman güləşçini çətinlik çəkmədən məğlub edərək bürünc medala sahib olub.
Millimizin üzvü Abubakr Abakarov (86 kq) debütdə Rusiya idmançısına yenilib. Təsəlliverici görüşdə polşalı rəqibini çətinliklə üstələyən A.Abakarov bürünc medal uğrunda mübarizədə İsveçrə nümayəndəsi üzərində də qələbə qazanıb.
Turnirdə 92 kiloqram çəki dərəcəsində iştirakçı sayı az olduğu üçün dairəvi sistemdən istifadə olunub. Osman Nurməhəmmədov ilk görüşdə gürcü həmkarına tam üstünlüklə qalib gəlib. İkinci görüşdə isə Almaniya idmançısını vaxtından əvvəl məğlub edib. Polşalı güləşçiylə bacarmayan pəhləvanımız bunun əvəzini İsveçrə təmsilçisindən çıxıb. Yekunda qazandığı 3 qələbəyə görə, O.Nurməhəmmədova gümüş medala layiq görülüb.
Beləliklə, sərbəst güləşçilərimiz Qran-Pridə iki gümüş və üç bürünc medal əldə ediblər. Komanda hesabında 135 xal toplayan millimiz 3-cü yeri tutub.
Xatırladaq ki, sabah - yarışın son günündə yunan-Roma güləşçiləri mübarizə aparacaq. Turnirdə ölkəmizi baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Murad Məmmədov, Murad Bazarov (hər ikisi 60 kq), Namaz Rüstəmov, İslambek Dadov (hər ikisi 67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (82 kq), İslam Abbasov (87 kq), Murad Lokyayev (97 kq) və Sabah Şəriəti (130 kq) təmsil edəcək.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Kris Rafael Fiziyevlə döyüşə mişarla gəlir - (Video)
-
Holand İbrahimoviçi və Ronaldonu geridə qoydu
-
Ayxan Abbasov: "Litvaya qarşı yüksək səviyyədə mübarizə apardıq"
-
Ardanın Mbappeyə jesti - (Foto)
-
UEFA Millətlər Liqası: Azərbaycan millisi səfərdə Litva ilə heç-heçə edib - Yenilənib
-
UFC-də ilk döyüşünə çıxan azərbaycanlı idmançı diskvalifikasiya olundu - (Video)
XƏBƏR LENTİ
-
Mustafa Sandaldan 11 milyardlıq qalmaqalla bağlı açıqlama - (Foto)
-
Azad edilmiş ərazilərdə 1673 mina və sursat zərərsizləşdirildi
-
Qış gəlməmiş bunu edin - Qaz pulunuz çox gəlməsin
-
ABŞ gəmisi vuruldu - 8 hərbçi yaralandı
-
Bu il neçə köhnə cinayətin üstü açılıb? - Baş prokuror açıqladı
-
Zelenski hücumda ölən azərbaycanlı Abbasla bağlı başsağlığı verdi
-
Yasamalda yaşıllığı məhv edərək hotel tikirlər? - (Video)
-
Tramp süni intellektlə bağlı bəyanat verəcək
-
Əsgərlər hansı hallarda xidməti başa vurmadan evə qayıda bilər?
-
Azərbaycanlılara qarşı müharibə cinayəti törədənlərə layiqli cəzalar verilib - Baş Prokuror
-
Vətən müharibəsi qazisi, tanınmış aşpaz vəfat etdi
-
Kiyevdə dron hücumu zamanı azərbaycanlı öldü - (Foto)
-
Milli Məclisdə 16 mühüm məsələ müzakirə olunacaq
-
Yük maşını sürücülərinə xəbərdarlıq: Bunları etməyin
-
Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib
-
Estetik əməliyyat sonra paylaşımı gündəm oldu: “Zənginsinizsə, çirkin deyilsiniz!”
-
Prezidentin ali xüsusi rütbə verdiyi Sənan Paşayev kimdir? - Dosye
-
İstanbul su altında qaldı - (Video)
-
Prezident İlham Əliyev bir qrup prokurorluq əməkdaşını təltif edib
-
Prokurorluq əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələr verilib - Sərəncam
-
Bakıda yeni tunel tikiləcək: Nəqliyyatın hərəkəti dəyişdirilir - (Video)
-
Paytaxtda avtoxuliqanlıq edən sürücü həbs edilib
-
Qızıl ucuzlaşdı
-
Azərbaycanda 3 günlük istirahət olacaq - Tarixlər





