İdman

Özil "Fənərbağça"ya keçir? - Arteta danışdı

15 Yanvar 2021 17:14
Baxış: 1 382
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Arsenal"ın baş məşqçisi Mikel Arteta futbolçusu Məsut Özilin "Fənərbaxça" ilə razılaşdığı barədə yayılan xəbərlərə münasibət bildirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 38 yaşlı mütəxəssis 32 yaşlı yarımmüdafiəçinin keçidi üçün İsanbul təmsilçisi ilə danışıqlar apardıqlarını deyib:

"Məsutun "Arsenal"dan ayrılmağa nə qədər yaxın olduğunu bilmirəm. Amma texniki direktorumuzla "Fənərbaxça" arasında  danışıqlar gedir. Lakin hələ ortada konkret bir şey yoxdur".

Qeyd edək ki, Özil mövsümün əvvəlində "Arsenal"ın Premyer Liqa və Avropa Liqası üçün sifariş ərizəsinə daxil edilməmişdi. Onun "topçular"la hazırkı müqaviləsinin müddəti 2021-ci ilin yayına qədərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.