İdman

“Mançester Yunayted”də daha 1 zədəli

10 Yanvar 2021 18:50
Baxış: 923
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted"in futbolçusu Erik Beilli zədələnib.

Qol.az "BBC Sport"a istinadən xəbər verir ki,  26 yaşlı müdafiəçi ötən gün İngiltərə kubokunun 1/32 finalında "Uotford"la matçın (1:0) ilk hissəsində xəsarət alıb və əvəzlənib.

Baş məşqçi Ole Qunnar Sulşer oyundan sonra keçirilən mətbuat konfransında Kot D`İvuarlı futbolçunun zədəsinin ciddi olmadığını, lakin tibbi müayinədən sonra onun durumuna tam aydınlıq gələcəyini bildirib.

Qeyd edək ki, Beilli bu mövsüm 5 oyun keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.