İdman

İqalo “Mançester Yunayted”ə lazım olmadı

6 Yanvar 2021 15:24
Baxış: 1 002
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Mançester Yunayted" klubu Odion İqalo ilə vidalaşacaq.

Milli.Az apasport.az-a istinadla bildirir ki, icarə müddəti yanvarın 31-də başa çatacaq nigeriyalı Premyer Liqa təmsilçisində meydana çıxmayacaq.

Müqavilə ilə Çinin "Şanxay Şenxua" klubuna məxsus olan forvard karyerasını digər Asiya ölkələrində davam etdirə bilər. O, Qətər və Səudiyyə Ərəbistanından aldığı təklifləri nəzərdən keçirir.

İqalonun Mançester təmsilçisindəki durumu Edinson Kavaninin transferindən sonra korlanıb. Daha çox uruqvaylıya güvənən ingiltərəlilər Odionun xidmətindən imtina edib.

Qeyd edək ki, forvard cari mövsümdə cəmi 4 dəfə meydana çıxıb.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.