İdman

PSJ-nin ilk qolunun müəllifi vəfat etdi

3 Yanvar 2021 16:42
Baxış: 779
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

PSJ-nin sabiq futbolçusu Bernar Qinedu vəfat edib.

Milli.Az Qol.az-a istinadən xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Qinedunun 73 yaşında vəfat etdiyi bildirilib.
 
Qinedu PSJ-nin klub tarixindəki ilk qolunun müəllifidir. Mərhum yarımmüdafiəçi 1970-ci il, avqustun 23-də PSJ-nin "Poiters"ə qarşı keçirdiyi oyunda komandasının yeganə qolunun müəllifi olub - 1:1.
 
Qeyd edək ki, Paris klubunun əsası 1970-ci ildə qoyulub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.