"Tottenhem" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, London klubu 17-ci turda "Lids"i qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
"Tottenhem" - "Lids" - 3:0
Qollar: Keyn, 29-pen, Son, 43, Alderveyreld, 50
Bu qələbə ilə xalını 29-a yüksəldən Joze Mourinyonun komandası turnir cədvəlində 3-cü pilləyə yüksəlib. Turnir cədvəlinə 33 xalla "Liverpul" başçılıq edir, "Mançester Yunayted" eyni xalla 2-cidir.
Milli.Az