İdman

Millinin sabiq hücumçusu 37 yaşında öldü

25 Dekabr 2020 15:59
Baxış: 954
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Belarus millisinin sabiq futbolçusu Maksim Sıqalko vəfat edib.

Milli.Az apasport.az-a istinadla bildirir ki, hücumçu mövqeyində çıxış etmiş veteran 37 yaşında ölüb.

Karyerasının ən parlaq dövrünü Minsk "Dinamo"sunda keçirmiş forvard 2001-06-cı illərdə paytaxt klubunun formasını geyinib. O, 2004-cü ildə Belarus çempionu, 2002/03 mövsümündə ölkə kubokunun qalibi olub.

Milli komandaya cəlb olunduğu 2003-cü ildə 2 oyunda 1 qol vuran Sıqalko vətənində "Naftan" və "Savit", Qazaxıstanda "Kaysar", Ermənistanda "Banants"da çıxış edib. Maksim karyerasını zədələr üzündən 26 yaşında "Savit"də bitirib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.