İdman

FİFA bu gün ilin ən yaxşı futbolçusunun adını açıqlayacaq

17 Dekabr 2020 13:19
Baxış: 839
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

FİFA bu gün müxtəlif nominasiyalar üzrə ilin ən yaxşılarının adlarını açıqlayacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilin ən yaxşı oyunçusuna verilən "The Best" mükafatının təqdim ediləcəyi tədbir Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Mərasim koronavirus səbəbindən ilk dəfə onlayn keçiriləcək.

İlin ən yaxşı futbolçusu adına namizədlər sırasında Kriştiano Ronaldo (Portuqaliya, "Yuventus"), Robert Levandovski (Polşa, "Bavariya") Lionel Messi (Argentina, "Barselona") yer alıb.

İlin ən yaxşı baş məşqçisi adına namizədlər isə Yurgen Klopp ("Liverpul"),  Marselo Byelsa ("Lids Yunayted") və Hans-Diter Flikdir ("Bavariya").

Qeyd edək ki, mükafatlar 11 nominasiya üzrə veriləcək. İlin futbolçusu, məşqçisi ilə yanaşı, ən yaxşı qadın futbolçu və qadın komandasının ən yaxşı məşqçisi,  kişi və qadın futbolunun ən yaxşı qapıçısı, rəmzi komandalar və feyr-pley mükafatının sahibi, ilin ən yaxşı azarkeşi və ya azarkeş qrupu, ən gözəl qola imza atan oyunçuya "Ferents Puşkaş" mükafatı veriləcək.

Qeyd edək ki, ötən il "The Best" mükafatını Lionel Messi qazanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.