İdman

Olimpiya oyunlarının təxirə salınması Yaponiyaya 3 milyard dollara başa gələcək

4 Dekabr 2020 17:06
Baxış: 763
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci il Yay Olimpiya oyunlarının koronavirus pandemiyası ilə əlaqədar bir il müddətinə təxirə salınması Yaponiyaya 2,8 milyard dollara başa gələcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Tokioda keçiriləcək Olimpiya oyunlarının təşkilat komitəsi bildirib.

Qeyd olunub ki, əlavə xərclər Tokio 2020 təşkilat komitəsi, Tokio şəhər rəhbərliyi və Yaponiya hökuməti tərəfindən qarşılanacaq.

Tokio şəhər rəhbərliyi xərclərin 1,15 milyard dollarını, təşkilat komitəsi 990 milyon dollarını, Yaponiya hökuməti isə 683 milyon dollarını qarşılayacaq.

Qeyd edək ki, 2020-ci il Tokio Yay Olimpiya oyunlarının 2021-ci ilin iyulun 23-dən avqustun 8-dək keçirilməsi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.