İdman

Azərbaycan millisi dünya çempionatının finalında!

25 Aprel 2010 17:50
Baxış: 397
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Turnirdə Azərbaycan, Rusiya, Belarus, İtaliya, Yaponiya və Uels komandaları iştirak edir.

Yarışların beşinci gününün yekunlarına əsasən Azərbaycan və Yaponiya milli yığma komandaları liderdir.

Xəzər sahillərindən gəlmiş hokkeyçi qızlar italiyalı rəqiblərinin müqavimətini asanlıqla qırmışlar. Azərbaycanın qadınlardan ibarət yığma komandası bu görüşdə 3:1 hesabı ilə qalib gələrək dünya çempionatının seçmə turnirinin finalına çıxmışlar. Çempionat bu il avqustun 30-dan sentyabrın 12-dək Argentinanın Rosario şəhərində keçiriləcəkdir.

Seçmə turnirin final görüşündə Azərbaycan və Yaponiya yığma komandaları qarşılaşacaqlar. Bu oyun aprelin 25-də Bakı vaxtı ilə saat 15:30-da başlanacaqdır.

/AzərTAc/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.